Meksika Fond Birjasının direktorlar şurasının rəhbəri koronavirusdan dünyasını dəyişib

Meksika Fond Birjasının direktorlar şurasının rəhbəri Xayme Ruis Sakristan bazar günü dünyasını dəyişib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə maliyyə institutunun “Twitter” səhifəsində məlumat yer alıb.

“Dərin hüznlə bildiririk ki, bu gün direktorlar şurasının sədri Xayme Ruis Sakristan vəfat edib. Rəhbərlik və əməkdaşlar onun ailəsinə və yaxınlarına başsağlığı verir, bu itkiyə üzülürük”, - birjanın məlumatında belə deyilir.

Qeyd edək ki, martın 13-də Ruis Sakristanın COVID-19 infeksiyasına yoluxduğu məlum olub. Birjadan bildirilmişdi ki, o, evdə həkim nəzarətində qalacaq. Ancaq bundan 3 gün sonra Sakristan xəstəxanaya yerləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...