Rusiyanın paytaxtında yeni növ koronavirusdan daha 10 nəfər ölüb

Rusiyanın paytaxtında yeni növ koronavirusdan daha 10 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 10 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada iki tərəfli pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 10 xəstə dünyasını dəyişib. Ölənlər 39-80 yaşlarında olub. Ölən 29 yaşlı xəstə hipertoniyadan əziyyət çəkirdi".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin sayı 82 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə