Polşada maska, əlcək və dezinfeksiya vasitələrinin satışı üçün avtomatlar quraşdırılıb

Polşanın Varşava və Krakov şəhərlərindəki küçələrdə maska, əlcək və dezinfeksiya vasitələrinin birbaşa kontaktsız satılması üçün avtomatlar quraşdırılıb.

SİA xəbər verir ki, şəhər rəhbərliyi sosial məsafəni qorumaq, habelə daha az insanın iş üçün küçəyə çıxmasının qarşısını almaqdan ötrü bu addımı atdığını bildirib. Hələlik iki şəhərdə quraşdırılmasına baxmayaraq, yaxın günlərdə bu avtomatların daha bir neçə şəhərdə quraşdırılması planlaşdırılıb. Avtomatlarda maskanın qiyməti 8,8 zlot, yəni 2,11 dollardır.

Polşa hökuməti aprelin 16-dan etibarən insanların sıx ola biləcəyi bütün ictimai yerlərdə maska taxılmasının icbari olması barədə qərar qəbul edib.

Qeyd edək ki, Polşada koronavirusa 5742 yoluxma və 175 ölüm hadisəsi qeydə alınıb. Hökumət biznes sahələrində məhdudiyyətlərin aprelin 19-dək, məktəblərin, eləcə də dəmiryolu və hava nəqliyyatının fəaliyyətlərinin da daha iki həftə məhdudlaşdırılacağını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə