Yanacaqdoldurma məntəqəsində polislərlə mübahisə edən şəxs onlara atəş açıb

İstanbulun Bəyoğlu rayonunda polisə hücum edilib.

SİA xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb.

Yanacaqdoldurma məntəqəsində polislərlə mübahisə edən şəxslərdən biri əvvəlcə yumruq zərbələri endirib. Sonra isə o, polislərdən birinin silahını alıb digər iki polisi yaralayıb. Münaqişə böyüyüb, tərəflər arasında atışma olub. Hadisə zamanı polis ilk hücum edən şəxsi ayağından yaralayıb, yaralı xəstəxanada ölüb, digər şübhəlilər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə