Consonun vəziyyəti yaxşılaşır

Koronavirus ilə xəstəxanaya yerləşdirilən İngiltərə Baş naziri Boris Johnsonun vəziyyəti yaxşılaşmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə TASS hökumət başçısının nümayəndəsinə istinadən məlumat yayıb.

"Baş nazir çox yaxşı irəliləyiş göstərməkdə davam edir", deyə Consonun nümayəndəsi söyləyib.
Xatırladaq ki, martın 26-da İngiltərənin baş naziri koronavirusa yoluxduğunu və xəstə olduğunu bildirmişdi. Qeyd edək ki, aprelin 5-də baş nazir xəstəxanaya yerləşdirilib.
Conson hazırda tibbi nəzarətdədir. Baş nazir artıq müstəqil olaraq palatada hərəkət etməyə başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...