ABŞ-da koronavirusa yoluxanların sayı 500 mini ötüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Johns Hopkins Universitetinin hesablamaları, eləcə də federal və yerli statsitikada ölənlərin sayının 18,6 mindən çox olduğu bildirilir.
Dəqiq rəqəmlərə gəlincə, ölkədə təsdiqlənmiş yoluxma halı artıq 500 399-a, ölənlərin sayı isə 18 637 nəfərə çatıb.
Qeyd edək ki, hazırda ABŞ hazırda təsdiqlənmiş yoluxma hallarının sayına görə dünyada birinci, ölüm hallarının sayına görə isə İtaliyadan sonra ikinci yerdədir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə