Vuçiç koronavirusun yayılması ilə bağlı vəziyyəti qiymətləndirdi

Serbiya Prezidenti Aleksander Vuçiç, aprel ayında koronavirus səbəbiylə fövqəladə vəziyyət rejiminin qaldırılacağına ümid etdiyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə prezident mətbuat konfransında deyib.

Serbiya Səhiyyə Nazirliyinin cümə günü verdiyi məlumata görə, ölkədə 71 nəfər koronavirusdan ölüb, 2,9 min nəfərin yoluxduğu aşkarlanıb. "Mən bu günü həqiqətən səbirsizliklə gözləyirəm və ümid edirəm ki, ayın sonunda fövqəladə vəziyyət rejimini ləğv edəcəyik. Bu, mənim proqnozum deyil, ümidimdir", deyə Vuçiç mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, növbəti on gün Serbiyada koronavirus pandemiyası üçün açardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə