Karantinin pozulmasına görə ən böyük cərimələr siyahısı

Xaricdən özünü təcridetmə qaydalarına məhəl qoymayanlara tətbiq olunan tədbirlər ölkələrdə bir-birindən qat-qat ağırdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu cərimələr heç də epidemioloji vəziyyətdən asılı deyildir.

Məsələn, yoluxma dərəcəsinin bir neçə dəfə aşağı olduğu Birləşmiş Ərəb Əmirliklərində karantin pozanlara 27 min dollaradək cərimə və ya hətta 5 ilə qədər həbs cəzası veriləcək. Sinqapurda bu cərimə 3 dəfə azdır, amma eyni zamanda nəzərə çarpacaq dərəcədədir.
Başqa bir qitədə, Avstraliyada təcrid olunmayanlar 14.5 min ödəməli olacaqlar. ABŞ-da yerli qanunlar hökm sürür, buna görə hər bir ştatın öz qaydaları var. Nyu-Yorkda "evdə qalmaq" rejimi təbiidir, Vayominqdə isə cərimə 10 min dollara qədər ola bilər.
Xatırladaq ki, Avropada sərt tədbirlər İspaniya, İtaliya, Xorvatiya və Avstriya hakimiyyəti tərəfindən tətbiq edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə