NATO təlimləri keçiriləcək Latviyada

Qlobal koronavirus pandemiyasına baxmayaraq aprelin 13-dən 18-dək Latviyada NATO Steel Brawler hərbi təlimləri keçiriləcək. SİA Ren Tv-yə istinadən xəbər verir ki, bu barədə Sputnik Latviya agentliyi məlumat yayıb.

Məlumata görə, Meza Mackevici təlim poliqonunda keçiriləcək təlimlərdə 600 hərbi qulluqçu və 100 ədəd hərbi texnika iştirak edəcək.

"Təlimlərin məqsədi NATO-nun genişləndirilmiş iştirakı və silahlı qüvvələrin uyğunluğu ilə Latviyada yerləşdirilmiş döyüş qrupunu yaxşılaşdırmaqdır", deyə agentliyin məlumatında bildirib.

Xatırladaq ki, son məlumatlara görə, Latviyada 612 nəfər COVID-19 virusuna yoluxub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə