Orta Şərqdə baş verən proseslər haqlı olaraq ağıla "kimin Yeni Orta Şərqi qurulur" sualını gətirir. SİA-nın məlumatına görə, türkiyəli siyasi ekspert Əhməd Əmin Dağ bu sualın cavabını verməyə çalışıb.
Məqsəd İsrailin mərkəzdə olduğu yeni bir siyasi və iqtisadi regional sistem yaratmaqdır
Orta Şərq bölgəsi kimsənin tam mənası ilə idarə edə bilmədiyi bir mərhələdən keçir. Elə sürətli dəyişikliklər baş verir ki, hadisələrin içindəki oyunçuların belə hədəfləri və əldə etdikləri çox fərqlidir. Silsilə inqilablar eyni zamanda bir-biri ilə birbaşa əlaqəsi olmayan, amma bir-birinə cəsarət verən bir vətəndaş qəzəbinin partlayışıdır. Bəzi ekspertlərin dediyi kimi Orta Şərqdə baş verənlər tarixi proseslərdən başqa bir şey deyil. Çünki, Orta Şərq xalqları uzun bir sülh dövrü yaşadıqları Osmanlı imperiyasının yıxılmasından sonra tam müstəqillik vədləri ilə 1920-ci ildən etibarən Qərbin koloniyası halına gətirilib. İkinci Dünya Müharibəsindən sonra müstəqillik ümidləri bu dəfə də "soyuq müharibə" tarazlığı səbəbi ilə iki super gücdən birinin ağalığını qəbul etmək kimi ağrılı bir seçimlə nəticələnmişdi. 70 illik tarix Orta Şərq cəmiyyətlərinin siyasi və ictimai çöküşü ilə müşahidə olundu.
"Soyuq müharibə"nin bitməsindən sonra bölgədə "yeni nizam" üçün təşkil edilən Madrid konfransı Orta Şərq və Qərbdən onlarla ölkəni bir araya gətirdi. Bir müddət sonra məlum oldu ki, Qərbin niyyəti heç də bölgəyə demokratiya dalğası və iqtisadi inkişaf gətirmək deyilmiş. Məqsəd İsrailin mərkəzdə olduğu yeni bir siyasi və iqtisadi regional sistem idi. İraqın işğalı, beynəlxalq sahədə ABŞ əleyhdarlığının yüksəlməsi, İran ilə Qərb arasındakı çəkişmə Orta Şərqi daha anormal bir vəziyyətə gətirdi. Bölgə xarici güclərin və onların yerli ortaqlarının siyasi-iqtisadi maraqlarına görə dəyişməni növbəti dəfə təxirə saldı. Maddi və mənəvi zənginliklərə ev sahibliyi etdiyi halda hər ikisinə də yadlaşdırılan Orta Şərq gənc və dinamik əhalisi olmasına baxmayaraq gələcəyə çox təəssüf ki, ümidlə baxa bilməyən bir bölgə halına salındı.
788 milyard barrel neft ehtiyatı ilə dünyadakı neftin üçdə ikisinə sahib olan Orta Şərqdə orta hesabla hər beş adamdan biri kasıblıq sərhədinin altındadır. Misir, Tunis və Yəmən kimi ölkələrdə isə bu 45 faizdir. İqtisadi potensialın böyüklüyünə baxmayaraq gənc əhalinin təhsil imkanlarından məhrum olduğu bölgədə oxuyub-yaza bilənlərin faiz göstəricisi 45 faizdir. Ən pis vəziyyət Yəməndə (46), ən yaxşı vəziyyət isə Küveytdədir (7). Xalqların daha ədalətli bir iqtisadi və siyasi sistem tələblərinin yatırılmasında İsrailin bölgədəki varlığı da katalizator rolu oynamış, insanların çox hissəsi bu vəziyyətə razı salınmışdı. Buna baxmayaraq haqqını tələb edənlər "İsrail agenti" olaraq damğalanıb təmizlənirdi. Lakin zaman keçdikcə Orta Şərq xalqları Qərb və ABŞ-ın ölkələrini bölməyə çalışan düşmən ölkələr kimi təqdim edildiyi halda əslində diktatorların bütün gücünü Qərb ölkələrindən aldığını fərq etdi. İsrailə qarşı qəhrəman görünən liderlərin əslində İsraillə necə bir çirkli bazarlıq etdiyini gördü. Bir sözlə, onlar böyük bir tamaşanın oynanıldığını və bu oyunda özlərinə həmişə zərbə alan fiqurların olduğunu anladı. Getdikcə güclənən bu nəsil nəhayət haqsızlıqlara və xəyanət şəbəkələrinə qarşı baş qaldırdı. Tunisdə başlayaraq Misirdə davam edən, daha sonra Liviya, Suriya və digər ölkələrə keçən xalq hərəkatlarının səbəbləri yalnız iqtisadi amillərlə bağlı deyildi. Məqsəd ölkəni və xalqın mənfəətlərini Qərbə və İsrailə satmayacaq bir iqtidarın kölgəsində yaşamaqdır.
Niyə indi?
Bütün bu hərəkatların 2011-ci ilin əvvəlində ortaya çıxması bütün dünyanı təəccübləndirdi. "Daha əvvəllər onlarla qiyama səhnə olan və mərhəmətsizcə bu qiyamları boğan Tunis və Misir kimi ölkələrdə növbəti dəfə diktatorlar niyə müqavimət göstərə bilmədi" sualı zehinləri məşğul etdi. Yaşadığı ölkənin imkanlarının fərqində olan insanlar qarşılaşdığı iqtisadi, siyasi və ictimai çətinliklərin əslində ölkə qaynaqlarının məhdud olması ilə bağlı olmadığını, sui-istifadə hallarının nə qədər böyük olduğunu daha dəqiq gördülər. Əvvəlki illərdə baş verən hərəkatlarda insanlar kiçik qruplarla hərəkət etdiyi halda indi ünsiyyət imkanlarının geniş olması kütlələrə dahi asan təşkilatlanma imkanı verib. İnsanların təhsil və təşkilatlanma səviyyəsinin artması əvvəlki illərdəki məhdud düşüncəni kənara atdı. Bu fərqlilik, ünsiyyət imkanları sayəsində insanlar qloballaşmaya meyl etdilər. Yeni nəsil hər hücumunda ölkəsindəki ideoloji, mədəni, siyasi maneələrlə həzm edildiyini görmüş, bu da rejimə yadlaşma prosesini sürətləndirdi. "Soyuq müharibə" illərində sosializm və millətçiliyi qurtuluş olaraq görən ərəb xalqları İran inqilabından sonra "siyasi islam"ın böyük bir təklükə olaraq təqdim edilməsi ilə islami həll üsullarından uzaq durdu. Ancaq sonrakı proseslər problemlərin həllində islamı alternativ olaraq yenidən məşhur etməyi bacardı. Keçən ilin son aylarında açıqlanan və "Wikileaks" sənədləri adlandırılan ABŞ yazışmaları da Orta Şərqdəki mövcud müxalifət qruplarına sanki gözlədikləri son dəlilləri də vermişdi. Bu sənədlərdəki məlumatları həftələrlə müzakirə edən ərəb ictimaiyyəti içində olduqları iqtisadi çətinliklərə baxmayaraq korlanmış rejimin necə bir çöküş yaşadığını gördü. Bu sənədlərin arasında rejimin girmiş olduğu çirkli siyasi, iqtisadi və diplomatik əlaqələri gördü. Bunları oxuyan və dinləyən insanların hamısı fikirləri fərqli olmaqla yanaşı kollektiv bir reaksiya verməkdə qərara gəlmişdilər. Bu rejimin getməsi üçün niyə birlikdə olmasınlar?
Orta Şərqin gələcəyi ilə bağlı ehtimallar
Orta Şərqi əhatə edən dəyişmə prosesinin necə nəticələnəcəyinə dair üç ehtimal irəli sürmək olar:
1.Küçəyə tökülən xalqların azad iradələrinin ifadəçisi və demokratik təşkilatların olduğu yeni rejimlərin qurulması və sabitliyin təmini. Buna "müsbət ssenari" deyilə bilər.
2.Diktatorların ayaqda qaldığı və davamlı bir narahatlıq mənbəyi olduğu bir sistemin ortaya çıxması. Buna "mənfi ssenari" deyilə bilər.
3.Diktatorların devrilməsinə baxmayaraq hakimiyyətə gələn yeni rejimlərin xalqın problemlərinin həll edə bilməməsi, yeni rejimə keçid dövrünün uzanması və hər cür xarici müdaxilə və istismara açıq olması. Buna da "qarışıq ssenari" deyilə bilər.
Əslində bu üç ehtimalın eyni vaxtda, amma fərqli ölkələrdə olması da mümkündür. Məsələn bəzi ölkələrdə birinci ssenari reallaşdığı kimi, digər ölkələrdə başqa variantlardan biri yaşana bilər.
ABŞ-ın Orta Şərq planları
Kimin "Yeni Orta Şərqi"nin qurulacağı isə hələ də dəqiq deyil. Dəyişmənin istiqamətini müəyyən edən ictimai proseslər qədər, proseslərə istiqamət verən qüvvələrin dəyişmədən nə anladıqları da qeyri-müəyyəndir. Qərbin, xüsusilə ABŞ-ın davranışları yaxından izlənilməlidir. "Beynəlxalq terror" dediyi xəyali düşmənlə mübarizə, Orta Asiyadan körfəz bölgəsinə qədər uzanan neft mənbələri üzərində idarəçilik, böyük güclərə (Çin, Rusiya və AB) qarşı üstünlük müharibəsi və islam dünyasında idarəni ala biləcək şəklində yekunlaşdırılaq ABŞ strategiyası yeni meydana gələn ağırlıq mərkəzlərinin hansı qruplara verilə biləcəyi ilə bağlı ipucu ola bilər. ABŞ-ın təxminən son 10 ildir nəzərdə tutduğu Orta Şərqdəki dəyişmə modelində aşağıdakı planlar yer alıb:
a) Siyasi olaraq. Müsəlman cəmiyyətlərində ənənəvi siyasi strukturların dağıdılması, demokratiya başda olmaqla Qərb siyasi mədəniyyətin hakim mövqeyə gətirilməsi.
b) İqtisadi olaraq. Sərbəst bazar iqtisadiyyatının inkişaf etdirilməsi, gücləndirilməsi, dövlət idarəçiliyindəki mənbələrin xüsusi təşəbbüslərə açılması.
c) İctimai olaraq. Radikal dini duyğuları bəsləyən ənənəvi təhsildə islahatların aparılması, Qərb mədəniyyətinin hökmranlığına kömək edəcək təhsil, media və digər mədəniyyət vasitələrinin dəstəklənilməsi.
d) Strateji olaraq. Qərb üçün həyati təhlükələrin (terrorizm və kütləvi qırğın silahları) yox edilməsi üçün bölgənin Qərbin təhlükəsizlik strukturlarının fəaliyyət sahəsinə çevrilməsi.
Bu hədəflərin reallaşmasında və dəyişmənin idarə olunmasında Qərbin əlini ən çox gücləndirəcək oyunçular tək-tək müttəfiq ölkələr əvəzinə İslam Konfransı Təşkilatı (İKT) kimi daha ümumi strukturlar ola bilər. Xüsusilə 2005-ci ildəki Məkkə zirvəsi, İKT-nin bu cür əməkdaşlığa açıq olduğunu ortaya qoydu. Bu günün Orta şərqində qərbyönlü olduğu üçün həyata keçirilməsi çətin olan bir çox qərar İKT-nin müvafiq orqanlarında "yerliləşdirilərək" islam patenti ilə dəyişikliyə yanacaq təmin verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB