Franklinlər ailəsində baş verən faciə digər ailələrdə də baş verə bilər COVID-19 KABUSU

ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərinin 86 yaşlı sakini Antuanetta Franklin və onun üç oğlu 10 gün müddətində koronavirusa yoluxma səbəbindən həyatını itirib. SİA xəbər verir ki, bu barədə The Mirror yazır.

Nəşrin yazdığına görə, xanım Franklin, eləcə də 71 yaşlı German Franklin, 58 yaşlı Entonu Franklin və 61 yaşlı Timoti Franklin 20-30 mart arasında vəfat ediblər. Onların hər dördündə koronavirus testi pozitiv çıxıb.

“Mən istəyirəm bütün dünya bilsin ki, Franklinlər ailəsində ilə baş verən faciə istəniən digər ailələrdə də baş verə bilər. Gəlin bunu ciddiyə alaq. Mənim uşaqlarım öz atalarını, sevimli nənələrini və iki dayılarını dəfn ediblər”, deyə mərhum Entoni Franklinin xanımı Jaklin Franklin bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...