Covid-19-a qarşı peyvənd işləri hansı səviyyədədir? - AKTUAL

Bildiyiniz kimi yeni növ koronavirusun (SARS-CoV-2) yaratdığı Covid-19 epidemiyası dünyada 1 milyondan çox insana yayılıb və 70 min insanın ölümünə səbəb olub. SİA-nın məlumatına görə, dünyanın pandemiya ilə mübarizə apardığı günlərdə elm adamları effektiv bir müalicə apararkən təhlükəsiz bir peyvənd hazırlamağa çalışırlar.

Yeni ortaya çıxan bir xəstəliyə qarşı bir peyvənd hazırlamaq üçün ümumiyyətlə 10-15 il çəkir. Bununla birlikdə, qlobal peyvənd birliyi GAVI icraçısı Seth Berkley, "Ebola xəstəliyi üçün bunu 5 ildə etdik. Bilirəm ki, bunu sürətləndirə bilərik" deyib.

Covid-19 peyvəndi üçün tətbiq olunan təcrübələr artıq adi haldan daha sürətli başlayıb. ABŞ-da könüllü Cennifer Haller martın 16-da peyvəndi sınayan ilk şəxs olub.



Rəsmi olaraq adlandırılan mRNA-1273 adlanan eksperimental peyvəndi Massaçusets mərkəzli biotexnologiya şirkəti Moderna və Milli Səhiyyə İnstitutu tərəfindən hazırlanıb. Preyvənd sınaqlar üçün könüllü olanlara virus yoluxdurma riski daşımır çünki içində koronavirus yer almır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 40-dan çox potensial peyvəndin olduğunu bildirir. İnkişaf mərhələsində yüzə yaxın peyvəndin olduğu və bəzilərinin klinik sınaqlara hələ başlamadığı bildirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə