Koronavirus əleyhinə dərmanının klinik sınaqlarına başlanıldı ABŞ-da

ABŞ-ın Massaçusets ştatında üç xəstəxana, COVID-19 ilə mübarizədə istifadə edilməsi planlanan Yaponiya istehsalı olan "Aviqan" adlı dərmanın klinik sınaqlarını aparmaq üçün icazə alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Boston Qlobe" nəşri tibbi dairələrdən olan mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, Yaponiyada bu dərmanın sınaqları artıq davam edir və altı il əvvəl qripi müalicə etmək üçün hazırlanıb.
Sonra, dölün inkişafına təsir göstərməsinə, yəni, yan təsirlərə görə, müalicəsinə yalnız hökumətin xüsusi sərəncamı ilə icazə verilən dərmanlar siyahısına daxil edilib. Bununla belə "Aviqan" ilə Çin mütəxəssisləri koronavirus pnevmoniyasını müalicə etməkdə müvəffəq olublar.
Xatırladaq ki, bu anda ABŞ-da koronavirusa yoluxmuşların sayının 386 mindən çox olduğu, eyni zamanda 12 mindən çox insanın öldüyü bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə