Ermənistanda yoluxanların sayı 853 nəfərə çatıb COVID-19

Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan bildirib. Onun sözlərinə görə, ötən gün bu rəqəm 833 nəfər idi.

Erməni nazir onu da bildirib ki, 8 nəfər pasient çox ağır vəziyyətdədir, 35 nəfər ağır olsa da hələ ki, reanimasiyaya yerləşdirilməyiblər. O, əlavə edib ki, yoluxanlardan 146 nəfərində pnevmoniya diaqnozu mövcuddur.

Qeyd edək ki, Ermənistanda martın 16-dan 14 aprel tarixinədək fövqəladə hal elan olunub. Aprelin 1-dən isə daha sərt ölçülər götürülür. Ancaq buna baxmayaraq, koronavirus infeksiyası günü-gündən daha çox yayılmaqdadır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə