Argentinanın keçmiş diktatoruna ömürlük həbs

Argentinanın keçmiş diktatoruna ömürlük həbs

Argentinada 1976-1983-cü illər rejiminin müəlliflərinin cəzalandırılması davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Argentina məhkəməsinin əlindən keçmiş diktator Reynaldo Binone və keçmiş millət vəkili Luis Abelardo Patti də xilas ola bilməyib. Argentinanın 1 nömrəli Federal Məhkəməsi Reynaldo Binone və Luis Abelardo Pattini qeyri-qanuni nəzarətə alma, işgəncə və digər cinayətlərə görə ömürlük həbsə məhkum edib.

 

Keçən il aprelin 20-də də Buenos-Ayres məhkəməsi Argentinanın sonuncu diktatoruna hökm oxumuşdu. 1976-1983-cü illərdə hakimiyyətdə olan 83 yaşlı Reynaldo Binone işgəncələr və adam oğurluğunda günahkar bilinərək 25 il iş almışdı. Binonenin günahkar bilindiyi cinayətlər 1976-1978-ci illərdə - onun Kamp Mayo hərbi bazasının komandanı postunu tutduğu zaman törədilib. O, Argentina prezidenti postunu 1982-1983-cü illərdə tutub. Hökm oxunan zaman general məhkəmədə olmayıb.

 

Xuntanın son dövründə hamilə məhbuslar Kampoda çimərlik geyimində özləri üçün xüsusi hazırlanan "doğumxanalarda" uşaq dünyaya gətirənə qədər saxlanılır, daha sonra məşhur "ölüm uçuşlarına" mindirilərək okean sularına buraxılırdı. Həmin müddətdə 500-dən çox körpənin bu üsulla oğurlanaraq əsgərlərə övlad verildiyi ya da satıldığı təxmin edilir. DNT bankı bu günə qədər 103 adamın gerçək şəxsiyyətini müəyyən edib.

Bütün xəbərlər Facebook səhifəmizdə