Koronavirusdan ölüm səviyyəsi aşağı düşür İtaliyada

İtaliyada koronavirus xəstəliyinə qarşı mübarizə tədbirləri nəticəsində ilk dəfə olaraq COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayında azalma müşahidə olunub və qurbanların artım sürəti də aşağı düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, martın 19-dan bəri ilk dəfə olaraq bir gündə 525 nəfər, yəni, 600-dən az adam koronavirusdan ölüb.

Bu hal ordunun xidməti kimi dəyərləndirilir və qeyd olunur ki, onlar İtaliyada yerli həkimlərə kömək edirlər. Bu yaxınlarda Berqamoda sahə xəstəxanası açılıb. Orada xəstələrin qəbul edilməsi üçün hər şey hazırdır. Burada Rusiya və İtaliya komandaları koronavirus xəstələrini müalicə etməyə başlayacaq, könüllülər isə onlara kömək edəcəklər.

"İki ölkənin bu problemin öhdəsindən gəlmək üçün bir-birlərinə kömək etməsi çox yaxşıdır. Mən də çox məmnunam ki, Rusiyanın İtaliyada iştirakından da, digər ölkələr üçün də sevinəcəyəm. Dünya səhiyyəsi baxımının bu əhəmiyyətlidir", deyə xəstəxana könüllüsü Mauro Quzzat bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...