Belarusiyada karantin pozan şəxslər zorla xəstəxanaya yerləşdiriləcək

Koronavirus infeksiyası hallarının qeydə alınan ölkələrdən, məcburi özünü təcridetmə rejiminə riayət etmədən Belarusa gələn insanlar məcburi şəkildə xəstəxanalara aparılacaq. SİA xəbər verir ki, bu barədə bazar günü RİA Novosti məlumat yayıb.

Bu cür tədbirlər Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Belarusiya Dövlət Sərhəd Komitəsinin birgə qərarında qeyd edilib. Aprelin 4-nə olan məlumata görə, respublikada 440 koronavirus xəstəliyi qeydə alınıb, 5 nəfər isə ölüb.
Bir qədər əvvəl Belarusiya hakimiyyəti, COVID-19-a yoluxmuş ölkələrdən gələn həmvətənlərin və əcnəbilərin iki həftə evdə özlərini təcrid etmələrini əmr edib. Eyni zamanda, yeni qaydalara riayət etməyən bəzi vətəndaşlar, yəni ölkədə akkreditə olunmuş diplomatlar saxlanılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...