Özbəkistan da xüsusi karantin rejiminə keçdi

Özbəkistan hakimiyyəti, COVID-19 virusunun yayılması ilə əlaqədar aprelin 6-dan etibarən xüsusi karantin rejimi elan edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, vətəndaşlara məcburi təcrid rejimində şəxsi avtomobil, motosiklet, velosiped və skuterlərlə gəzinti qadağan edilib. Qeyd edək ki, Özbəkistanda ilk dəfə COVID-19 diaqnozu martın 15-də qoyulub. Fransadan qayıdan bir qadında koronovirus infeksiyası aşkarlanıb. 5 aprel bu saata qədər olan məlumatlara görə ölkədə 266 nəfər koronavirusa yoluxub, onlardan 2-i ölüb, 25-i isə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...