Avstriyada koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib

Avstriyada ilk dəfə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib.

SİA xəbər verir ki, aprelin 4-də 24 saat ərzində yeni yoluxma hallarının sayı 354, sağalma hallarının sayı isə 485 olub. İndiyədək sağalanları və infeksiyadan dünyasını dəyişənləri çıxdıqda, bu ölkədə aktiv yoluxma hallarının sayı 8832 nəfərə düşüb.

Avstriya Səhiyyə nazirliyi virusa yoluxma tendensiyanın aşağı həddə davam etməsi və hazırda gündəlik artımın 4,4 faizə düşdüyünü elan edib. Eyni zamanda, qeyd edilib ki, müsbət tendensiya arxayınlığa əsas vermir və əhali bundan sonra da məhdudiyyətlərə ciddi şəkildə əməl etməlidir.

Qeyd edilməlidir ki, ölkə üzrə yoluxma hallarının sayı 11665 nəfərə bərabərdir, hazırda 1071 pasiyent xəstəxana, digərləri isə ev şəraitində müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə