Koronavirusa qarşı ilk uğurlu addım

İlk addım atıldı. Polşada koronavirus infeksiyasının sürətini və təsirini zəiflədən preparat kəşv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Polşa alimləri koronavirus infeksiyasının sürətini yavaşıdan, azaldan dərman preparatı ixtira ediblər və Jaqiellon Universitetinin alimləri bunu peyvənd hazırlamaq yolunda ilk addım adlandırıblar.

Professor Kşiştof Pırç, dərmanın heyvanlar üzərində sınaqdan keçirildiyini və ağ ciyərlərə toksiklik təsir göstərmədiyini, eləcə də ağciyər funksiyasını pozmadığını bəyan edib.
Dərman HTCC adlanır. Polşa mütəxəssisləri onun yenilikçi xüsusiyyətlərini artıq tanıyır, bunun insanlarda sınaqdan keçirilməsinə hələ icazə verilmədiyini qeyd edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...