Stadionlar, konsert salonları, vağzallar xəstəxanalara morqlara çevrilir FOTOLAR

Almaniyanın Dortmund şəhərində yerləşən və ölçülərinə görə böyük idman arenalarından hesab edilən "Siqnal İduna Park" stadionunda açıq hava altında səyyar xəstəxana fəaliyyət göstərəcək. SİA RBK-ya istinadən xəbər verir ki, xəstəxanada koronavirus infeksiyasına yoluxmuş xəstələr müalicə alacaqlar. Qeyd edilir ki, xəstəxana yataqları şimal tribunasında yerləşdiriləcək. İşlər 4 apreldən (bu gündən) başlanacaq.

Almaniyanın "Borussiya" futbol komandasının baş direktoru Hans-Yoahim Vatske bildirib ki, stadion yoluxmuş insanlara kömək üçün ideal yerdir.

Qeyd olunur ki, bu kimi vasitələr digər ölkələrdə də fəaliyyət göstərir. Məsələn, yaxın günlərdə Madriddə də idman arenaları bu istiqamətdə fəaliyyətə başlayacaq. Belə ki, koronavirusdan həyatlarını itirmiş insanların müvəqqəti yerləşdirilməsi üçün paytaxt yaxınlığında yerləşən Maxadaxondakı qapalı buz meydançasında morqlar qurulacaq.

Bu və digər dövlətlərdə - Btaziliyada, Hollandiyada, Britaniyada, Meksikada və s. ölkələrdə müxtəlif idman arenalarının, stadionların, vağzaların, konser salonlarının və s. kültəvli tədbir məkanlarının COVID-19-la mübarizə çərçivəsindəki fotolarını təqdim edirik.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə