İtaliyalılar koronavirusa görə Almaniyanı ittiham edirlər

İtaliyalılar Almaniyanı COVID-19 səbəbiylə ölümü gizlətməkdə ittiham edirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu başlıq ilə material İtaliyanın gündəlik qəzeti "Il Giornale" tərəfindən yayımlanıb.

"Almaniya koronavirus infeksiyalarının sayını artırır" başlıqlı məqalə müəllifi Almaniyadakı COVID-19 statistikasının etibarlılığına şübhə edən italiyalıların sosial şəbəkələrdəki şərhlərinə güvənir.
Bəzi sosial şəbəkə istifadəçiləri İtaliya hökumətinin COVID-19 ilə mübarizə apardığı strategiyanı günahlandırırlar.
"İtaliya dünyada Çindən uçuşları dayandıran ilk ölkə idi. Bununla belə, hakimiyyət digər ölkələrdən geri dönən turist axınını idarə edə bilmədi. Almaniya da uçuşları dayandırmadan, təsirli nəzarət səbəbiylə yüksək ölüm hallarının qarşısını ala bildi", deyə məqalədə bildirilir.
Xatırladaq ki, 3 aprel tarixinə Almaniya Federativ Respublikasında 79,696 infeksiya aşkarlanıb və bu xəstəlikdən 1017 nəfər ölüb. İtaliyada isə epidemiyanın başlamasından bəri 115 242 nəfər yoluxub ki, bunlardan da 14 mini həyatını itirib.
Ən son məlumatlara görə, 200 ölkədə 940 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 50 mindən çox insan isə həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə