Covid-19 dünya iqtisadiyyatına 4,1 trilyon dollara başa gələ bilər - Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı (AİB), yeni növ koronavirusun Avropa, ABŞ və digər böyük iqtisadiyyatlara təsiri səbəbiylə dünya iqtisadiyyatına vurulan xərcin 4,1 trilyon dollara çata biləcəyini bildirib. SİA-nın məlumatına görə, AİB "Asiya İnkişaf Görünüşü 2020" hesabatını yayımlayıb.

Hesabatda Covid-19 pandemiyasının iqtisadi təsiri yenilənib və uzun iqtisadi fəaliyyətlərin dayandırılması, daha böyük tələb sarsıntıları və Avropa, ABŞ və digər böyük iqtisadiyyatlara təsiri səbəbiylə virusun dünya iqtisadiyyatına dəyəri 4,1 trilyon dollara çata biləcəyi vurğulanıb.

Bunun qlobal səviyyədə ümumi daxili məhsulun (ÜDM) 4.8 faiz kiçilməsi demək olduğunu bildirən hesabatda, inkişaf etməkdə olan Asiya ölkələrinə, o cümlədən Çinə pandemiyanın ümumi xərcinin 891.6 milyard dollar olacağı proqnozlaşdırılıb.

Yaxşı bir ssenaridə, yoluxmanın dəyəri 2 trilyon dollar olacaq

Hesabatda iqtisadi fəaliyyətlərin daha qısa müddətli dayanması və tələb şoklarının kiçilməsi ssenarisində pandemiyanın qlobal iqtisadiyyata təsiri 2 trilyon dollar ilə məhdudlaşaraq, qlobal ÜDM-un 2,3 faiz kiçiləcəyinə işarə edilib.
İnkişaf perspektivləri hesabatında AİB bu il Asiya üçün orta artım proqnozunu 5,5 faizdən 2,2 faizə endirdi və bölgənin böyüməsinin gələn il yenidən 6,2 faizə qədər sürətlənəcəyini proqnozlaşdırıb.

Hesabatda yer alan rəylərə görə, AİB baş iqtisadçısı Yasuyuki Sawadaise "Covid-19" pandemiyasının baş verməsi ilə əlaqədar iqtisadi proqnozla bağlı risklərin xüsusilə aşağı səviyyədə qaldığını ifadə edərək, "Heç kim Covid-19 pandemiyasının nə qədər davam edəcəyini və iqtisadi fəaliyyətin məhdudlaşdırılmasının gözlənildiyindən daha uzun sürə biləcəyini diqqətə çatdırıb. Ağır maliyyə qarışıqlığı və böhran ehtimalına laqeyd qalmaq olmaz. Əmtəə qiymətlərinin və turizmin ağır və uzunmüddətli enişləri bölgədəki asılı iqtisadiyyatlar üçün çətinlik yarada bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...