ABŞ-da ölənlərin sayı 6 mini ötdü COVİD-19-a görə

ABŞ-da yeni növ koronavirus qurbanlarının sayı 6053 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yoluxanların sayı isə 245,5 min nəfərdir.

Ölüm sayına görə liderliyi Nyu-York edir. Belə ki orada 1562 nəfər dünyasını dəyişib.

Bütün ölkə üzrə sağalanların sayı isə 9148 nəfərdir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Son rəqəmlərə görə, dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı isə 45 mini ötüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə