Prezident orduya və polisə atəş açmaq əmrini verdi FİLİPPİNDƏ

Filippin prezidenti Rodriqo Duterte hərbçilərə və polis qüvvələrinə koronavirus təhlükəsinə görə elan edilmiş karantin rejiminə əməl etməyən şəxslərə atəş açmaq əmrini verib. SİA xəbər verir ki, bu barədə ölkənin Philippine Star qəzeti yazıb. Nəşr qeyd edir ki, müvafiq əmr Keson-Siti şəhərində yaşayan aztəminatlı əhalinin hökumətdən ərzaq və s. tələb etməsi ilə bağlı küçə etirazlarından sonra verilib.

Qeyd olunur ki, aksiyalarda iştirak edən 20 nəfər saxlanılıb.

"Mənim əmrim polisə və orduyadır. Əgər münaqişə və dava-dalaşlar baş verərsə, nəticədə həyatınıza təhlükə yaranarsa, onlara öldürücü atəş açın", filippinli prezident bildirib.

Filippində koronavirusa yoluxma halı 2,3 nəfərdədir, 96 insan isə ölüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə