Xərçəngə iki dəfə qalib gələn insan koronavirusdan öldü

Xərçəngi iki dəfə məğlub edən Birləşmiş Krallıq sakini koronavirusun ağırlaşması səbəbindən həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı "Daily Star" yayıb.

Məlumata görə, 79 yaşlı Davidin ilk simptomları 28 mart tarixində ortaya çıxıb və o boğulmağa başlayıb. Onun həyat yoldaşı əri üçün təcili yardım çağırıb və xəstəxanada yaşlı kişiyə sepsis və pnevmoniya diaqnozu qoyulub.
Martın 30-da isə həmin yaşlı kişi infeksiyanın ağırlaşması səbəbindən ölüb.
Xatırladaq ki, Çində naməlum mənşəli sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonunda məlum olub. Daha sonra mütəxəssislər xəstəliyin törədicisinin COVID-19 adlandırılan yeni bir koronavirus olduğunu təsbit ediblər. 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə