ABŞ-da COVİD-19-un qurbanları artır bir gündə 1234 nəfər

ABŞ-da son gün ərzində yeni növ koronovirusa görə 1.2 min insan dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu infeksiyanın yayıldığı gündən dünyada qeydə alınan ən çox ölüm hadisəsidir.

Müvafiq məlumatlar, ABŞ-ın Johns Hopkins Universiteti tərəfindən ölkə rəhbərliyinin, ÜST və digər rəsmi mənbələrin xülasəsi əsasında hesablamalarda qeyd olunub.

Aparılan hesablamalara əsasən, ABŞ-da virusa yoluxanların sayı 215 min 417 nəfər, ölənlərin sayı isə 5116 nəfərə çatıb.

3 873. Gündəlik ən çox COVİD-19 qurbanının sayının əvvəlki rekordu 27 Martda İtaliyada qeydə alınmışdı. 969 nəfər xəstəlikdən öldü. Son gün ərzində xəstəliyə yoluxanların sayı 3 min 873, ölənlərin sayı isə 1243 nəfər olub.

Qeyd edək ki virusa görə ölənlərin sayına görə bundan əvvəlki rekort İtaliyada qeydə alınmışdı. Belə ki martın 27-də İtaliyada bir gündə 969 nəfər dünyasını dəyişmişdi.

ABŞ-da ən çox ölüm sayı Nyu-Yorkda qeydə alınıb. Orada ölənlərin sayı 1 374 nəfər çatıb. Məlumatlara görə ABŞ-da virusa görə ölüm halı Vayominq ştatında qeydə alınmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə