"Karantin müddətinin nə qədər davam edəcəyi məlum deyil" - Fransanın Baş naziri

Fransada karantin müddətinin nə qədər davam edəcəyi məlum deyil. Həyat normasına qayıtmaq, karantindən çıxmaq tədricən baş tutacaq.

SİA xəbər verir ki, bu fikri Fransanın Milli Assambleyasında Baş Nazir Eduard Filip səsləndirib.

Bildirib ki, karantindən çıxmaq üçün regional, testlərin nəticələrinə uyğun və ya yaş kateqoriyalarından asılı yanaşma formalarının mümkünlüyünə baxılacaq.

Qeyd edib ki, bu qədər əhalinin karantindən çıxması ilə bağlı dünyada heç bir təcrübə yoxdur, çünki heç vaxt bütün ölkə karantində olmayıb. Qarşıdan gələn günlərdə ölkənin karantindən çıxması ilə bağlı müzakirələr aparılacaq. Ancaq karantindən çıxmaq qarşıdan gələn günlərdə üzləşiləcək vəziyyətdən daha çox asılı olaraq həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...