Tramp İranın ABŞ qüvvələrinə qarşı İraqda hücum hazırladığını iddia edib

ABŞ Prezidenti Donald Tramp İranın və ya İraqdakı tərəfdarlarının ABŞ qüvvələrinə, yaxud bu ölkədəki obyektlərinə hücum hazırladığını iddia edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.

Tramp İranın ABŞ obyektlərinə hücuma hazırlaşmasına dair fikirləri əldə etdikləri məlumatlara əsasən səsləndirdiyini vurğulayıb: "Bu baş verərsə, İran çox yüksək qiymət ödəyəcək!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...