Yaponiyada hadisə zamanı ölənlərin sayı 13 mini ötüb

Yaponiyada hadisə zamanı ölənlərin sayı 13 mini ötüb

Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 13 min 400-ü ötüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Milli Polis Agentliyi bu gün yayıb. Dəqiq rəqəmlərə görə, hadisə zamanı ölənlərin sayı 13 min 439 nəfər, itkin düşənlərin sayı isə 14 min 867 nəfərdir. 4900 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Son hesablamalar görə, hadisə Yaponiyaya 300 milyard dollarlıq ziyan vurub.
Qeyd edək ki, martın 11-də yaponiyada 9 bal gücündə zəlzələ və sunami baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə