ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 4 000-i keçib.

SİA-nın məlumatına görə, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 4 079 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı isə 190 000-ə yaxınlaşıb.

ABŞ virusa yoluxanların rəsmi sayına görə dünyada 1-ci, qurbanların sayına görə isə 3-cüdür.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 859 400-ü ötüb. Bunların 178 322 nəfəri sağalıb, 42 335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə