Liviyada diplomatiya cәbhәsindә fәallıq davam edir

Liviyada diplomatiya cәbhәsindә fәallıq davam edir

Liviyada şiddәtli toqquşmaların ara vermәdiyi bir vaxtda,diplomatiya cәbhәsindә dә fәallıq davam edib.

SİA-nın xəbərinə görə, Afrika Birliyinin sülh tәşәbbüslәrinin nәticәsiz qalmasının ardınca, nәzәrlәr Qәtәrin paytaxtı Doha-da keçirilәcәk tәmas qrupunun toplantısına yönәlib.

Türkiyәni xarici işlәr naziri Əhmәd Davudoğlunun tәmsil edәcәyi toplantıda tәmas qrupu Liviyadakı son vәziyyәti dәyәrlәndirәcәk. Bu toplantıya keçәn ayın sonunda İngiltәrәyә sığınan, Liviyanın keçmiş xarici işlәr naziri Musa Kusa da qatılacaq.

Afrika Birliyinin yol xәritәsinin Liviya müxaliflәri tәrәfindәn rәdd edilmәsinin ardından, Doha toplantısının keçirilmәsinin xüsusi әhәmiyyәti var.

Qeyd edәk ki, Afrika Birliyinin yol xәritәsindә, dәrhal atәşkәs, NATO-nun hava hücumlarının dayandırılması, insani yardım dәhlizlәrinin açılması vә tәrәflәr arasında danışıqların başlanması nәzәrdә tutulurdu.

Türkiyәnin tәklif etdiyi yol xәritәsindә dә, atәşkәs vә insani yardım dәhlizlәri mәsәlәlәri ilә yanaşı, şәhәrlәrin mühasirәsinin aradan qaldırılması vә ölkәdә azad seçkilәrә aparan bir şәraitin tәminatı öz әksini tapıb.

Liviyalı müxaliflәr isә, Qәddafinin hakimiyyәtdәn uzaqlaşdırılmasını әsas götürmәyәn bütün danışıqlara bağlı olduqlarını bildiriblәr.

Digәr tәrәfdәn, Fransanın vә İngiltәrәnin xarici İşlәr nazirlәri, NATO-nun Liviyada dinc әhalini qorumaqda yetәrsiz olduğunu söylәyiblәr. NATO isә bu iddialarla razılaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə