İran Qarabağda gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir - Seyid Abbas Musəvi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü Seyid Abbas Musəvi münaqişə zonası olan Qarabağda keçiriləcək seçkilərlə bağlı açıqlamasında bildirib ki, İran İslam Respublikası məntəqədə gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.

Seyid Abbas Musəvi Dağlıq Qarabağ adlı məhdud coğrafiyada keçiriləcək seçkilərə işarə edərək söyləyib: "Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir".

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü sonda əlavə edib ki, Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə