Paraqvay hökuməti koronavirusla mübarizəyə görə məmurların məvaciblərini 20% azaldıb

Paraqvay hökuməti dövlət aparatında yaradılmış koronavirusla mübarizə fonduna əlavə vəsait ayırmaq məqsədilə məmurların məvaciblərinin 20% azaldılması barədə qərar qəbul edib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Mario Abdo Benitez bildirib ki, məqsəd koronavirusla mübarizə fonunda səhiyyə sektorunun gücləndirilməsidir.

Üç ay müddətində məvacibləri 10 və 20% azaltmaqla, səhiyyə sistemində təxminən 52 milyon dollar vəsaitə qənaət edildiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...