Putinlə Trump arasında telefon danışığı olub

Vladimir Putin ABŞ prezidenti Donald Trump ilə telefon danışığı aparıb. SİA RİA Novostoyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hər iki lider koronavirusun qlobal yayılmasından narahat olduqlarını bildiriblər. Dövlət başçıları bir-birlərini xəstəliklə mübarizə istiqamətində görülən tədbirlər barədə də məlumatlandırıblar.
Bundan əlavə, Putin və Trump, qlobal neft bazarının vəziyyəti barədə də fikir mübadiləsi aparıb və enerji nazirləri səviyyəsində ikitərəfli məsləhətləşmələr barədə razılığa gəlib.
Prezidentlər Kremldə bağlanmış şəxsi müqavilələri davam etdirməyə razılıq veriblər.
Xatırladaq ki, bir müddət əvvəl Trump Fox News-ə neft qiymətlərini, ticarət və koronavirusla mübarizə mövzusunu Putinlə müzakirə edəcəyini söyləyib. O qeyd edib ki, "Rusiya ilə barışmaq yaxşıdır."
Onun sözlərinə görə, aşağı neft qiymətləri Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı "müharibə" nin nəticəsi idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə