Koronavirusa yoluxan Monako şahzadəsinin vəziyyəti bəlli oldu

Koronavirus diaqnozu qoyulan Monako Şahzadəsi II Albert özünü daha yaxşı hiss edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "TF1" m\lumat yayıb.

"Özümü çox yaxşı və hətta daha yaxşı hiss edirəm və tunelin sonunda işığı görməyə başlayıram", deyə şahzadə bildirib. Onun sözlərinə görə, yenə də "bir az öskürür", amma ümumilikdə özünü yaxşı hiss edir.
Albert barəsində xəstəlik elan edən ilk dövlət başçısı olub. Şahzadənin Coronavirus infeksiyasına yoluxması martın 19-da təsdiqlənib. İndi o sarayında karantindədir və işini davam etdirir.
Xatırladaq ki, dünyada koronavirus xəstəliyinə yoluxanların sayı 712 min nəfərdir. Bütün dünya üzrə 33 599 nəfər koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib, 150.8 min nəfər isə tamamilə sağalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə