Mağazalar Nyu Yorkdakı talanlara qarşı hərəkətə keçirlər

ABŞ-da yeni növ koronavirusun (Covid-19) epidemiyasının mərkəzinə çevrilən Nyu-York ştatında məşhur markalar talançılıq ehtimalına qarşı taxta plitələr ilə mağazaların vitrin pəncərələrini bağlayıblar.
SİA bunu xarici KİV-lər istinadən xəbər verir.

Komendant saatı elan edilən vilayətdə və keçən həftə epidemiya ilə mübarizədə ölənlərin sayının artdığı Manhetten şəhərində dünyaca məşhur markaların mağazaların pəncərələrini boşaltdıqları, bəzilərinin isə pəncərələrini taxta lövhələr və taxtalarla qoruduqları müşahidə edilib.

Mağazalarda bu tədbirlərin New York Bələdiyyə Başçısı Bill de Blasionun şəhərin may ayının sonuna qədər bağlı qala biləcəyi və virusun 8.6 milyon əhalinin yarısına yoluxa biləcəyi barədə xəbərdarlığından sonra görülməsi diqqət çəkib.

Talançılıq əvvəllər də dəfələrlə baş verib

ABŞ-da elektrik kəsilməsi, güclü qasırğalar, daşqınlar və digər təbii fəlakətlər zamanı böyük supermarketlərdə və ticarət mağazalarında talan hadisələri çox tez-tez görülür.

Bu hallarda xüsusilə lüks istehlak malları satan mağazalar dəfələrlə talan edilib.

Xatırladaq ki, ən son 2017-ci ildə Florida ştatında baş verən İrma qasırğası zamanı görülən tədbirlərə baxmayaraq oxşar hadisələr baş vermiş, onlarla insan Mayamidəki dükanların şüşələrini sındıraraq yağmalayıb

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə