COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb Özbəkistanda

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artaraq 133 nəfərə çatıb. Bu, Özbəkistanda koronavirus epidemiyası başlayandan bəri sutka ərzində ən böyük rəqəmdir. SİA Özbəkistan Nazirlər Kabineti yanındakı Operativ Qərargaha istinadla xəbər verir ki, indiyədək koronavirusdan 2 nəfər ölüb, yeddi nəfər sağalıb və onlar reabilitasiya mərkəzinə göndərilib. Virusa yoluxanların 19-na pnevmoniya diaqnozu qoyulub. Səkkiz xəstənin vəziyyəti ağır olaraq qalır.

Xatırladırıq ki, COVID-19 koronavirusuna yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...