Koronavirus xəstələri qoxu hissinin itirə bilər

Alimlər koronavirusa yoluxan xəstələrin qoxu hissini niyə itirə biləcəyini izah ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Harvard Universitetinin Tibb fakültəsinin tədqiqatçıları müəyyən ediblər.

Tədqiqatların nəticələrinə əsasən COVID-19 diaqnozu qoyulmuş bir insanın qoxu hissini itirə biləcəyinin səbəbləri var. Onların tədqiqatlarına görə, qoxu və dad hissinin qismən itirilməsinə səbəb virusun burun boşluğunda olan bəzi hüceyrələrə nüfuz etməsi səbəbindən baş verə bilər və bu da koronavirusun atipik əlamətlərindən biri adlandırılıb. Elm adamlarına görə, bu hüceyrələrin infeksiyası, qoxu itkisi ilə əlaqəli simptomların təzahürünə, həmçinin COVID-19 yayılmasına səbəb olur.

Tədqiqatçıların fikrincə, infeksiyanın mənfi təsirlərinin səbəblərindən biri insan burnundakı birləşdirici toxuma hüceyrələrinə zərər də ola bilər.

Xatırladaq ki, qoxu itkisi simptomlarına repper Scarface, eləcə də bir sıra digər xəstələrdə rast gəlinib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə