Fransanın keçmiş sənaye naziri koronavirusa yoluxan 75 yaşlı Patrik Devecyan həyatını itirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Keçmiş nazir, COVID-19 analizinin müsbət testdən sonra xəstəxanaya yerləşdirilib və bazar günü gecə ölüb", deyə məlumatda bildirilir.
Koronavirus analizi müsbət diaqnozla nəticələnən Devecyan bir həftə əvvəl özünün Twitter səhifəsində də yoluxduğu barədə qeyd edib. Həkimlərin sayəsində vəziyyətinin sabit qaldığını qeyd edən keçmiş nazir tibb işçilərinə "müstəsna işlərinə" görə təşəkkür də edib.
Xatırladaq ki, Devecyan beş dəfə Fransa parlamentinin deputatı olub. O, 2002-ci ildə yerli idarəetmə naziri, 2004-cü ildə isə Fransanın sənaye naziri təyin edilib.
Ən son məlumatlara görə, Fransada COVID-19 hadisələrinin sayı 37.5 mindən çoxdur və artıq 2314 nəfər bu xəstəliyin qurbanı olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə