İspaniyada koronavirusa yoluxanların sayı 72 min nəfəri ötüb

İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 72 min 248 nəfərə çatdığını bildirib. Ölənlərin ümumi sayının isə 5 min 690 olduğu göstərilir.

SİA "EFE" agentliyinə istinadən xəbər verir ki, son 24 saatda yeni yoluxanların sayı 8 min189, ölənlərin sayı isə 832 nəfərdir.

Məlumatda qeyd olunur ki, hazırda reanimasiya şöbəsində 4 min 575 pasiyent müalicə alır. COVID-19 virusundan sağalan insanların sayı ölənlərin sayından iki dəfəyə qədər artıqdır -12 min 285 nəfər.

Qeyd edək ki, epidemiyanın başlandığı gündən Madrid şəhərində ölənlərin sayı 345 nəfərə çatıb, bu da bütün ölkə boyu ölüm hallarının təqribən yarısını təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə