Çinin test dəstləri yaxşı işləmir - İspaniya və Çexiya

Çinin test dəstləri yaxşı işləmir - İspaniya və Çexiya

Çinin koronavirusla mübarizənin bir hissəsi olaraq İspaniyaya və Çexiyaya göndərdiyi test dəstləri yaxşı nəticə vermədiyi ortaya çıxıb. Çindən gələn dəstlərin İspaniya və Çexiyadakı laboratoriyalarda sınaqdan keçirildiyi və səhv nisbətinin 80 faiz olduğu bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Çin hökumətinin koronavirusla mübarizədə kömək məqsədi ilə Avropa Birliyinə 2 milyon cərrahi maska, 200 min N95 maska ​​və 50 min test dəsti göndərəcəyini açıqlayıb.

Laboratoriya işlərini İspaniyada davam etdirən mütəxəssislər və mikrobioloqlar Çindən alınan və sürətli nəticələr verən testlərin səhv nəticələr verdiyini deyiblər. İspaniya mediası testlərin yalnız 30 faiz dəqiq olduğunu bildirib. İspaniyadakı koronavirus hadisələrini araşdıran El Pais qəzeti açıqlamasında "Dəstlər müsbət sınaqlarla gözlənilən dərəcədə vəziyyətləri aşkarlaya bilmirlər" deyə bildirib. Qəzetə danışan bir mikrobioloq, sual altındakı dəstləri istifadə etməyin mənası olmadığını söyləyib.

Bənzər açıqlama Çexiyadan da gəlib. Ölkədəki böhran iclasında sonra danışan mikrobioloq Pavla Svrcinova dəstlərin səhv nisbətinin 80 faiz olduğunu söyləyib. Çexiya Baş nazirinin müavini Jan Hamacek Çex mətbuatına verdiyi açıqlamada dəstlərin səhv nəticələr göstərməsini mütəxəssislər tərəfindən səhv metodologiyanın seçilməsi ilə əlaqələndirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə