Yeni bir elmi araşdırmaya görə Antarktida üzərindəki Ozon qatının qalınlaşma prosesində olduğu ortaya çıxıb. SİA-nın məlumatına görə, Nature jurnalında yayımlanan və Amerika alimləri tərəfindən aparılan araşdırmada Antarktida üzərində Ozon qatının aydın şəkildə göründüyü vurğulanıb.
Keçən il aparılan araşdırmada ozon dəliyinin 1988-ci ildən bəri ən aşağı səviyyəyə endiyi məlum olub.
Birləşmiş Millətlər Təşkilatı (BMT) 1987-ci ildə ozon dəliyinə səbəb olan kimyəvi maddələrin istifadəsini qadağan edən Monreal Protokolundan bəri hər on ildə bir dəfə üç faiz azalaraq dəliklərin azaldığını bildirib.
1987-ci ildə imzalanan Monreal Protokolu ilə stratosferik ozonun tükənməsinə səbəb olan, "ozonu məhv edən maddələr" olaraq da bilinən xlorofluorakarbonlar (CFC) və hidroklorofluorakarbonatlar (HCFC) qadağan edilib. Bu maddələr ümumiyyətlə soyuducu, kondisioner, yanğınsöndürmə cihazları və aviasiya, kənd təsərrüfatı, elektronika kimi cihazlarda istifadə olunan qazlar idi.
Qeyd edək ki, Ozon təbəqəsi Yer kürəsini ultrabənövşəyi şüalarından qoruyan bir qalxan rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB