Türkiyənin və Çinin elm adamları koronavirusla əlaqədar birgə videokonfrans keçiriblər

Türkiyənin və Çinin elm adamları koronavirusla əlaqədar birgə videokonfrans keçiriblər

Türkiyənin Koronavirusla əlaqədar yaradılan Elm Qurumu ilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

SİA Türkiyənin Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 3 saat çəkən toplantıda, öncə yeni növ koronavirusla (COVİD-19) bağlı Çinin tibb üzrə elm adamlarına suallar ünvanlanıb.

Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə