Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Venesuelada koronavirusa yoluxan xəstələrdən ilk ölüm hadisəsi qeydə alınıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezident Delsi Rodriguez Karakasda çıxışı zamanı bildirib. Ölən şəxsin Araqua ştatının 47 yaşlı sakini olduğunu deyən vitse-prezident onun ailəsinə və yaxınların başsağlığı verib.

Qeyd edək ki, Venesuelada koronavirusa yoluxma ilk dəfə martın 13-də təsdiqini tapıb. Martın 17-də prezident Nikolas Maduro respublika daxilində karantin tətbiq edilməsi barədə qərar elan edib.

Xatırladaq ki, hazırda ölkədə virusa yoluxanların ümumi sayı 107 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə