Sammitin yekunlarına da sənəd qəbul edildi

G20 liderləri koronavirusun müzakirəsinə həsr olunan sammitinin nəticələrindən sonra bir bəyanat qəbul ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novostiyə açıqlamasında bildirib.

Açıqlamada G20-nin, COVID-19 pandemiyasını aradan qaldırmaq üçün lazım olan hər şeyi etməyə hazır olduğu bildirilir. Qeyd olunur ki, ölkələr insanların həyatını qorumaq, iş yerlərini və insanların gəlirlərini qorumaq üçün səylərini əsirgəməmək və dəstəyə ehtiyacı olan bütün dövlətlərə yardım göstərmək əzmindədirlər.

"Biz bütün ölkələri, beynəlxalq təşkilatları, özəl sektoru, xeyriyyəçiləri və şəxsləri bu səylərə töhfə verməyə çağırırıq", deyə onlar bəyan ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə