Koronavirusa ilk yoluxanın şəxsiyyəti müəyyənləşdirilib

Uhanda yeni koronavirusa yoluxan ilk şəxsin adı məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Pengpai" məlumat yayıb.

Məlumata görə, COVID-19 diaqnozu ilk dəfə olaraq, "Huanan" dəniz məhsulları bazarında satıcı işləyən Wey soyadlı bir qadına qoyulub. Onun infeksiyaya necə tutulduğu tam bilinmir. Qeyd olunur ki, özünü pis hiss edən qadın xəstəxanaya getsə də həkimlərin ona kömək edə bilməyib. Bundan sonra o, başqa bir klinikaya yollanıb və orada ona koronavirus diaqnozu qoyulub. Həmçinin nəzərə çatdırılır ki, ilkin mərhələdə digər yoluxanlar da məhz bu bazara baş çəkənlər olublar.
Xatırladaq ki, 2019-cu ilin sonunda Çində koronavirus infeksiyasının yayılması qeydə alınıb. Daha sonra xəstəlik demək olar ki, 160 ölkəyə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusun COVID-19 xəstəliyini pandemiya elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə