Uşaq virusa yoluxaraq ölən ananın yanında qalıb 16 SAAT

ABŞ-ın Virciniya ştatında dəhşətli olay yaşanıb. Belə ki, körpə uşaq 16 saat koronavirusa yoluxaraq həyatını itirmiş anasının yanında qalıb. SİA xəbər verir ki, bu barədə WGXA telekanalı məlumat yayıb.

Qeyd edilir ki, evində ölü tapılan 42 yaşı qadın səhiyyə işçisi olub. Tibbi araşdırmalardan sonra məlum olub ki, o, koronavirusa yoluxub və meyiti aşkar olunandan 12-16 saat əvvəl ölüb. Məhz həmin saatlar ərzində balaca körpə anasının meyitinin yanında olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə