Türkiyədə virusdan ölənlərin sayı 59 nəfərə çatıb

Türkiyənin səhiyyə naziri Fəxrəddin Hoca ölkədə koronavirusa yoluxanların sayının 2433 nəfərə çatdığını açıqlayıb. SİA-nın xəbərinə görə, o bu barədə öz "Twitter" hesabında qeyd edib.

"Bu gün ölkədə 5 min 35 test keçirilib, onlardan 561-i müsbət nəticələnib. Ümumilikdə yoluxanların sayı 2433 nəfərə çatıb. Daha 15 nəfər dünyasını dəyişib. Ölənlərin sayı 59 nəfər olub", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yokuxanların sayı 414 min nəfəri ötüb, ölənlərin sayı isə 18 mindən çoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə