Ukraynada karantin bir ay uzadıla bilər

Ukraynanın Nazirlər Kabineti ölkədə karantin tətbiqini bir ay da uzatmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə RİA "Novosti" baş nazir Denis Şmıqalın sözlərinə istinadən məlumat yayıb.

Məlumata görə, koronavirusun yayılması təhlükəsi səbəbindən Ukraynanın Nazirlər Kabineti ölkədə karantini bir ay da uzatmaq niyyətindədir.
"Fövqəladə vəziyyət rejiminin 30 günə tətbiqi planlaşdırılır. Buna görə də bütün karantin tədbirlərini 30 günə uzatmağı planlaşdırırıq", deyə baş nazir bildirib.
Xatırladaq ki, indi ölkədə karantin aprelin 3-dək ölkənin bütün təhsil müəssisələrində qüvvədədir, kütləvi tədbirlər qadağandır, metro da işləmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə